Bank Of Baku

Son 5 ildə Azərbaycanda sabit telefon şəbəkəsinin xidmət bazarı 50% artıb

Son 5 ildə Azərbaycanda sabit telefon şəbəkəsinin xidmət bazarı 50% artıb
# 01 iyul 2013 11:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda sabit telefon şəbəkəsinin xidmət bazarı 1,5 dəfə artaraq 366 mln. ABŞ dollarına çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi illik hesabatda bildirilir.

 

Hesabatda qeyd olunub ki, sabit şəbəkənin ümumi tutumu 18,2% artaraq 1 779 500 nömrəyə çatdırılıb: «Artıq ölkənin bütün yaşayış məntəqələri tam telefonlaşdırılıb və telekommunikasiya şəbəkəsi tam elektronlaşdırılıb. Ötən il ərzində NGN texnologiyasının şəbəkədə tutumu əvvəlki ilə nisbətən 5% artırılaraq 664 600 nömrəyə çatdırılıb və bu, ümumi telekommunikasiya şəbəkəsinin 37,3%-ni təşkil edib».

 

Hesabatda həmçinin bildirilib ki, ölkə ərazisinin müəyyən hissəsi dağlıq olduğundan, ölkədə kənd yerlərinin və ucqar regionların telefonlaşdırılmasında simsiz rabitədən geniş istifadə olunur. CDMA rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80%-ə qədərinin yaşadığı ərazini əhatə edir və abunəçilərin sayı 40 minə yaxındır.

 

«Son 5 ildə Azərbaycan üzrə əhalinin hər 100 nəfərinə düşən əsas telefon aparatlarının sayı 15,1-dən 18,6 ədədə yüksəlib. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 2008-ci ildəki 63-dən 68,6 ədədə çatıb», - deyə hesabatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR