Bank Of Baku

Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir - FOTO

Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir - <span style="color: red;">FOTO
# 17 iyul 2014 08:28 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi, kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri və 5711 m uzunluğunda bağlantı yollar nəzərdə tutulub.

 

Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70%-i, asfalt-beton örtüyünün döşənməsi ilə bağlı işlərin 20%-i yerinə yetirilib. Hazırda piyada keçidinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidlərinin tikintisi davam etdirilir. Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır.

 

Yeni inşa olunacaq bağlantı yolların köməyi ilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR