Bank Of Baku

Texniki nasazlıq Bakı-Naxçıvan aviareysinin təxirə salınmasına səbəb olub

Texniki nasazlıq Bakı-Naxçıvan aviareysinin təxirə salınmasına səbəb olub
# 11 iyul 2013 12:13 (UTC +04:00)

Həmin reysə bileti olan vətəndaşlar “APA-Economics”ə bildirib ki, qeydiyyatına saat 12.00-da başlanmalı olan uçuşun saat 18.00-da baş tutacağı bildirilib.

 

“AZAL”ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə “APA-Economics”ə deyib ki, 253-cü Bakı-Naxçıvan aviareysinin ləngiməsinə texniki nasazlıq səbəb olub: “bu gün səhər Bakıdan Naxçıvana uçan 251 saylı aviareys geri qayıtmaq üçün Naxçıvanda texniki baxışdan keçirilərkən onda kiçik nasazlıq aşkarlanıb. Hazırda həmin nasazlıq aradan qaldırılıb və saat 19.00-da Naxçıvandan Bakıya uçacaq. Bu, aviasiyada adi haldır. Bu günə təyin olunmuş qalan bütün uçuşlarımız öz qaydasında həyata keçirilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR