Bank Of Baku

Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidənqurmadan sonra istifadəyə verilib

Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidənqurmadan sonra istifadəyə verilib
# 05 iyul 2013 14:03 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

 

APA-Economics”in xəbərinə görə, dövlət başçısı əvvəlcə Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə və maketə baxıb.

 

Məlumat verilib ki, prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı sərəncama əsasən Azərbaycanın regionlarının, o cümlədən Şirvan şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Tovuz şəhərinə içməli su xətti çəkilib. Zəyəmçay-Tovuz daşıyıcı su kəmərinin tikintisinə 2006-cı ilin aprelində başlanılıb, 2010-cu ilin martında başa çatdırılıb. Layihənin tərkibinə 39,1 km uzunluğunda diametri 530 mm olan Zəyəmçay-Tovuz daşıyıcı su kəməri, Aşağı Quşçu kəndi ərazisində hər birinin tutumu 500 kubmetr olan, Tovuz şəhərində hər birinin tutumu 2500 kubmetr olan dörd su hovuzu, laboratoriya, xlorlaşdırma binası, istehsalat bazası daxildir.

 

Qeyd edilib ki, Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsinin icrasına 2010-cu ilin fevralında başlanıb, ötən ilin mayında başa çatdırılıb. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ikinci mərhələsinin icrasına isə 2010-cu ilin dekabrında başlanıb. İkinci mərhələsinin tikintisi də artıq yekunlaşan layihənin əhatə etdiyi Tovuz şəhərində və ona bitişik ərazilərdə 96,5 km magistral su xətti, evlərə 66,9 km, digər obyektlərə 13,9 km içməli su xətti çəkilib, 100,5 km şəhərdaxili kanalizasiya şəbəkəsi qurulub. Layihənin icrası nəticəsində 30 min nəfərdən çox əhali və ya 7 min ev təsərrüfatı içməli su və kanalizasiya xidməti ilə təmin olunacaq. Halbuki indiyə qədər Tovuz şəhərində cəmi 2500 ev təsərrüfatı içməli su ilə təmin olunurdu.

 

Sonra prezident İlham Əliyev Tovuz şəhərinə içməli suyun rəmzi verilməsini bildirən düyməni basıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR