Bakı. Nicat Mustafayev – APA-Economics. «UTair-Ukraine» aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə aviareyslərin sayını artıracaq.
Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, hazırda Xarkovdan Bakıya və əks istiqamətdə uçuşlar həftədə bir dəfə - VI günlər yerinə yetirilir: «İyun ayının 5-dən etibarən sözügedən marşrut üzrə uçuşlar həmçinin həftənin III günləri də yerinə yetiriləcək. Bakıdan Xarkova uçuşlar saat 05:30-da yerinə yetiriləcək».
Xatırladaq ki, Xarkov-Bakı aviareysi Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov regional təşkilatının təşəbbüsü ilə cari ilin mart ayında açılıb.