Bakı. Rəşad Süleymanov – APA. Rusiyanın Çeçenistan Respublikasının Qroznı aeroportundan yaxın günlərdə Bakıya birbaşa aviareys açılacaq. Bu barədə APA Rusiya mətbuatına istinadən məlumat verib.
İyulun 1-dək Qroznı şəhərindən Sankt-Peterburqa, Soçi, Azərbaycanın Bakı və Türkiyənin Antalya şəhərlərinə birbaşa aviareyslərin açılması planlaşdırılır.
Reyslər yerli «Vaynah Avia» şirkəti tərəfindən yerinə yetiriləcək.