Bank Of Baku

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə 30 milyon manat ayrılıb

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə 30 milyon manat ayrılıb
# 02 avqust 2017 16:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, bu məqsədlə İqtisadiyyat Nazirliyinə 30 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq  məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon manat və 3,6 milyon manat olmaqla, cəmi 36,8 milyon (otuz altı milyon səkkiz yüz min) manat vəsait ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR