Bank Of Baku

Yeni Bakı limanının ilk fazası gələn il istifadəyə veriləcək

Yeni Bakı limanının ilk fazası gələn il istifadəyə veriləcək
# 03 iyul 2013 12:35 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin bu gün Bakıda keçirilən birinci iclası çərçivəsində «Qardaş limanlar» adlı (Aktau-Bakı-Samsun limanları) memorandumun imzalanmasından sonra bildirib.


Nəqliyyat nazirinin sözlərinə görə, bu, prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilir: «Mövcud Bakı limanı şəhərin mərkəzindən təxminən 70 km-ə qədər cənub-qərb istiqamətinə köçürüləcək. Dövlət başçısının tapşırığına əsasən, işlər beynəlxalq standartlara cavab verəcək limanın birinci fazasının yekunlaşması ilə nəticələnəcək. Eyni zamanda, bu liman daşımaların sürətlənməsinə yardım edəcək, müasirləşməyə, insanların rahat iş yeri ilə təmin olunmasına gətirib çıxaracaq. Bununla da limanların qardaşlaşmasını və daşımalarda yarana biləcək problemlərin həll olunması üçün yaradılacaq Əlaqələndirmə Şurasına xeyli köməyi dəyəcək ki, yük dövriyyəsinin artımında iştirakçıların gəliri də artacaq və biznes üçün çox gözəl şərait yaranacaq».


Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım isə qeyd edib ki, bu gün imzalanan Aktau-Bakı-Samsun «Qardaş limanlar» memorandumu limanlarda yükləmə və boşaltma işlərinə yarım edəcək, limanlar arasında mübadilənin inkişafına dəstək olacaq.


«Limanlarda yüklərin boşaldılması və yüklənməsi ilə bağlı bir qardaş liman öz təcrübəsini digərinə ötürəcək. Bu şəkildə bu dəhlizin davamı olan Avropa və Uzaq Şərqə açılan Xəzər keçidini də təmin edən dəhlizin və əsas açar nöqtələri olan limanlarımızın daha dərin çalışmaları üçün atılan bir addım olacaq», - deyə türkiyəli nazir bildirib.


Qazaxıstanın nəqliyyat və telekommunikasiya naziri Əsgər Jumqaliyev də bu sənədin önəmli olduğunu vurğulayıb və bildirib ki, sənəd üç ölkənin limanlarının maksimum şəkildə yaxınlaşmasını təmin edəcək, tranziti artıracaq, gələcəkdə limanların işinin düzgün əlaqələndirilməsini təmin edəcək.


Qeyd edək ki, bu gün Bakıda türkdilli ölkələrin nəqliyyat nazirləri arasında həmçinin «Ortaq iş birliyi» protokolu da imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR