Bank Of Baku

Zaqatalaya qazın verilməsi dayandırılıb

Zaqatalaya qazın verilməsi dayandırılıb
# 19 sentyabr 2013 06:40 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonuna təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat veriblər.

 

Sakinlərin sözlərinə görə, bu gün səhər saat 09:00 radələrində rayona qazın verilməsi dayanıb. Zaqatala Qaz İstismarı Sahəsindən (QİS) APA-ya bildirilib ki, qazın verilməsində yaranan fasiləyə səbəb Zaqatala Qazpaylayıcı Stansiyasında qaz sızmalarının aşkar edilməsidir və bununla bağlı stansiyada kranın dəyişdirilməsi planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra rayona qazın verilməsi bərpa ediləcəyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR