Bank Of Baku

Zığ şosesindən Qala stansiyası istiqamətində yeni avtomobil yolunda son tamamlama işləri aparılır - FOTO

Zığ şosesindən Qala stansiyası istiqamətində yeni avtomobil yolunda son tamamlama işləri aparılır - <span style="color: red;">FOTO
# 10 iyun 2013 09:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhərinin qəsəbələrarası yollarının tikintisi üzrə həyata  keçirilən layihələrindən biri də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq hava limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası istiqamətinə yeni yolun tikintisidir.

 

APA-Economics”in xəbərinə görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sifarişi ilə  yeni salınan yolun uzunluğu 12,5 km, eni isə, 21,5 metrdir. Yolun üzərində 11 suötürücüsü, 3 heyvan keçidi inşa olunub.

 

Hazırda yol boyu işıq dirəklərinin quraşdırılması, dairələrdə yaşıllıq zolaqlarının salınması, əyrixətli tirlərin vurulması və sair  işlər davam etdirilir. Son tamamlanma işlərinin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.

 

İnşasına 2011-ci ildə başlanan yolun istifadəyə verilməsi ilə Qala, Şüvəlan  və  digər qəsəbələrlə paytaxt arasındakı avtomobil yolu xeyli qısalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR