Bank Of Baku

Metronun "Xətai" stansiyası avqustda istismara veriləcək

Metronun "Xətai" stansiyası avqustda istismara veriləcək
# 11 iyun 2019 12:26 (UTC +04:00)

“Xətai” metro stansiyasında eskalatorların quraşdırılması işləri tamamlanıb və hazırda sazlama işləri aparılır.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, bundan başqa stansiyada texniki qurğuların yönləndirilməsi sahəsində, həmçinin tikinti quraşdırma işlərində son tamamlama işləri aparılır.

"Stansiyanın yeni görkəmi ilə avqust ayında sərnişinlərin istismarına veriləcəyi planlaşdırılır", - deyə H. Məmmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR