Bank Of Baku

Yol hərəkətinin tənzimlənməsi ilə bağlı mərkəz yaradılması təklif olunub

Tahir Kərimli, Milli Məclisin deputatı

© APA | Tahir Kərimli, Milli Məclisin deputatı

# 16 dekabr 2022 12:18 (UTC +04:00)

“Bizim “Yol hərəkəti haqqında” qanun köhnədir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, artıq skuterlər var: “Birazdan pilotsuz avtomobillər olacaq ki, onlar da qanunda yoxdur. “Yol hərəkətinin təşkili ilə bağlı vahid hüquqi aktımız da mövcud deyil. Yol hərəkətinin tənzimlənməsi ilə ciddi məşğul olacaq Mərkəz yaradılmalıdır. Hər il Azərbaycanda 1000 nəfər yol qəzalarında həlak olur. Üstəlik, yollarda səsdən insanlar əziyyət, yollarda titrəmələrdən binalar ziyan çəkir. Ona görə də mütləq yol hərəkətinin tənzimlənməsi ilə bağlı mərkəz yaradılmalı, problemləri həll etməli və təkliflər verməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR