AMEA-nın Rəyasət Heyəti “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı haqqında Əsasnamə”ni təsdiq edib.
“APA-Economics”in məlumatına görə, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr 2425 nömrəli Sərəncamın 3-cü bəndinə əsasən, AMEA-nın Rəyasət Heyəti “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsini qərara alıb.
Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevə həvalə edilib.