“Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qol qaz kəmərinin kanal keçidindən keçən, korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı, 25.11.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, təmir işləri aparılan müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.