Siyavuş Novruzov: "Bir partiyanın sədri seçkilərə bir neçə gün qalmış yoxa çıxırsa, o partiya seçkidə hansı nəticə göstərə bilər?”

Siyavuş Novruzov: "Bir partiyanın sədri seçkilərə bir neçə gün qalmış yoxa çıxırsa, o partiya seçkidə hansı nəticə göstərə bilər?”
# 18 noyabr 2015 13:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçkilərdə yerlərdə təbliğat-təşviqat üçün hər cür imkan yaradılıb. Siyasi partiyalar Mərkəzi Seçki Komissiyası ilə işləməli, Mərkəzi Seçki Komissiyasından tövsiyələr almalıdırlar ki, sonradan şikayət etməsinlər”.


APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının iclasında iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, partiyanın səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, özünü aparıcı qüvvə adlandıran bir partiyanın aksiyasına 300 nəfər toplaşıb: “Yaxud, bir partiyanın sədri seçkilərə bir neçə gün qalmış yoxa çıxırsa, o partiya seçkidə hansı nəticə göstərə bilər?!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR