“Zirə” klubunun prezidenti istefa verib

“Zirə” klubunun prezidenti istefa verib
# 09 avqust 2016 15:05 (UTC +04:00)

Bakı – APA. “Zirə” futbol klubunun prezidenti Vüqar Astanov vəzifəsindən ayrılıb. Apasport.az saytının məlumatına görə, klub təsisçilərinə müraciət edən Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib.

“Zirə”də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” ötən mövsüm Topaz Premyer Liqasının gümüş mükafatçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR