Lukaşenko: "Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırıq"

Lukaşenko: "Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırıq"
# 28 noyabr 2015 12:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Belarusun ictimai-siyasi stabilliyi onun uğurlarının başlıca göstəricisidir.”

APA-nın xəbərinə görə, "belta.by" saytına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə geniş formatda keçirilən görüşdə bildirib. “Belarusda mövcud olan ictimai-siyasi stabillik uğurların əsas göstəricisidir və bu uğurların davam edəcəyini göstərən əsas təminatdır,” - deyə o, əlavə edib.

Aleksandr Lukaşenko isə neft-kimya, enerji və kənd təsərrüfatı sahələrində korporativ imkanların nəzərdə keçirilməsini təklif edib. O, informasiya texnologiyaları və informasiyanın qorunmasının da müasir dövrdə aktuallıq kəsb etdiyini söyləyib: "Biz dostluğumuzu yüksək qiymətləndiririk. Sizə sərfəlidirsə, biz Avrasiya İqtisadi İttifaqında sizin maraqlarınızın təmin olunmasına kömək etməyə də hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR