Barak Obama Ukraynaya silah tədarükünü nəzərdə tutan qanuna veto qoyub

Barak Obama Ukraynaya silah tədarükünü nəzərdə tutan qanuna veto qoyub
# 23 oktyabr 2015 04:57 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl sənəd hər iki palata tərəfindən qəbul edilib, lakin dövlət başçısı onu imzalamayacağını bəyan etmişdi. Obama bu qərarını sənəddə müdafiə xərclərinin 90 mlrd dollaradək artırılmasının nəzərdə tutulması ilə əlaqələndirib.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasına nəzarət edən respublikaçılar prezidentin vetosunu dəf etmək üçün lazımi səs çoxluğuna malik deyillər. Beləliklə, prezident veto qoyduqdan sonra yenidən büdcə üzrə məsləhətləşmələrin davam etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, qanun layihəsində Ukraynaya 300 mln dollar məbləğində hərbi və kəşfiyyat sahələrində (döyüş silahı, sursat, pilotsuz təyyarələr, tank əleyhinə silahlar və minaatanlar) yardımın ayrılması nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR