Məhkəmə DSMF-nin “Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətova qarşı şikayəti üzrə qərarını açıqlayıb

Məhkəmə DSMF-nin “Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətova qarşı şikayəti üzrə qərarını açıqlayıb
# 05 fevral 2016 07:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayon Şöbəsini məhkəməyə verib.

APA-nın məlumatına görə, M. Mədətov əmək pensiyasının təmin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qərarla razılaşmayan DSMF-nın Xətasi rayon Şöbəsi isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrliyi ilə apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə iddianı qeyri-mümkün hesab edib və birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

Qeyd edək ki, 2014-cü ildə Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən X. Mədətovun verdiyi apellyasiya şikayəti təmin edilməyib.

X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR