Almaniya müdafiə naziri İŞİD-ə qarşı alyans yaradılmasını təklif edib

Almaniya müdafiə naziri İŞİD-ə qarşı alyans yaradılmasını təklif edib
# 30 noyabr 2015 07:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Almaniya Federativ Respublikasının müdafiə naziri Ursula fon der Leyen İŞİD terror qruplaşması ilə mübarizədə müvəqqəti siyasi ittifaq yaradılmasına çağırıb.

APA-nın "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə DPA agentliyi məlumat yayıb.

Ursula fon der Leyen bildirib ki, İŞİD-ə qarşı mübarizə Fransa, ABŞ, Almaniya, Çin, Rusiya, Türkiyə, İran və digər ərəb dövlətləri üçün prioritet olmalıdır. O deyib ki, yeni alyansın əsas məqsədi qruplaşmanı zəiflətmək, onun yayılma arealını məhdudlaşdırmaq, ekstremistlərin düşərgələrini məhv etmək, şəhərləri yenidən onların əllərindən almaqdan ibarətdir. Almaniyalı nazir mötədil müsəlmanlara müraciət edərək onları İŞİD-dən uzaq durmağa çağırıb: “Siz İŞİD-in İslamla heç bir əlaqəsi olmadığını göstərməlisiniz”.

"Bild" qəzeti isə Almaniya Silahlı Qüvvələrinin İŞİD-ə qarşı hərbi əməliyyatlara qatılmaq üçün Bundesverin 1,2 min hərbçi göndərə biləcəyi ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR