Bağdadda məscidin qarşısında törədilən partlayış nəticəsində 11 nəfər ölüb

Bağdadda məscidin qarşısında törədilən partlayış nəticəsində 11 nəfər ölüb
# 09 dekabr 2015 13:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Bağdad şəhərində şiə məscidinin qarşısında törədilə partlayış nəticəsində 11 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə xəbəri “Sinxua” agentliyi yerli polisdəki mənbəyə istinadən yayıb. Terrorçu-kamikadze partlayıcı vasitəni Əhl-əl-Beyt məscidi qarşısında işə salıb. Hadisə nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. Hazırda heç bir radikal qruplaşma məsuliyyəti üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR