Bakıda iki yaşayış evində yanğın olub, sakinlər təxliyə edilib

Bakıda iki yaşayış evində yanğın olub, sakinlər təxliyə edilib
# 22 aprel 2016 12:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki yaşayış evində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2,5 kv.m sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2 kv.m sahədə yanıb. Yanğın zamanı mənzillərdən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.

Bina yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR