Ötən həftə "AzeriLight" markalı neft 0,5% bahalaşıb - TƏHLİL

Ötən həftə "AzeriLight" markalı neft 0,5% bahalaşıb - <span style="color: red;">TƏHLİL
# 14 sentyabr 2015 09:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ötən həftə "AzeriLight" markalı neft 0,5% bahalaşıb.

APA-Economics” məlumatına görə, ötən həftənin əvvəlində, yəni sentyabrın 7-də bir bareli 48,83 dollara satılan "AzeriLight" markalı neft həftənin sonunda - sentyabrın 11-də 49,05 dollara satılıb.

Başa vurduğumuz həftə ərzində Azərbaycan neftinin orta qiyməti 49,62 dollar təşkil edib.

Ötən həftə ərzində "AzeriLight" markalı neftin qiymətinə nəzər salanda məlum olur ki, sentyabrın 7-də Azərbaycan neftinin bir bareli 48,83 dollara satılıb. Sentyabrın 8-də "AzeriLight" markalı neftin bir barelinin qiyməti 4,05% və ya 1,98 dollar artaraq 50,81 dollar, sentyabrın 9-da 1,89% və ya 0,96 dollar azalaraq 49,85 dollar, sentyabrın 10-da 0,58% və ya 0,29 dollar azalaraq 49,56 dollar, sentyabrın 11-də 1,03% və ya 0,51 dollar azalaraq 49,05 dollar təşkil edib.

Göründüyü kimi, ötən həftə ərzində Azərbaycan neftinin ən aşağı qiyməti 48,83 dollar, ən yüksək qiyməti isə 50,81 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR