Qubada 59 yaşlı qadın özünü bıçaqlayıb

Qubada 59 yaşlı qadın özünü bıçaqlayıb
# 20 sentyabr 2016 10:34 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayonunda qadın özünə xəsarət yetirib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Nügədi kənd sakini, 1957-ci il təvəllüdlü Əfəndiyeva Zülfiyyə Rza qızı müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona qarın və döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

İlkin məlumatda qadının özünə xəsarət yetirdiyi bildirilir.

Hazırda xəsarət alan şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR