Rusiyalı aktrisa Lüdmila İvanova vəfat edib

Rusiyalı aktrisa Lüdmila İvanova vəfat edib
# 07 oktyabr 2016 15:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyalı aktrisa Lüdmila İvanova Moskva xəstəxanalarından birində 84 yaşında vəfat edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, aktrisa sentyabrın 29-da xəstəxanaya yerləşdirilmişdi.

L. İvanova daha çox “İşdə məhəbbət macərası”, “Ən ecazkar və ən cəlbedici” filmləri ilə məşhurdur. O, “Ekspromt” uşaq musiqi teatrının yaradıcısı və baş rejissoru idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR