Bakı metrosunda özünü qatarın altına atan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Bakı metrosunda özünü qatarın altına atan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 13 yanvar 2016 09:12 (UTC +04:00)

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurov olması müəyyən edilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

*** 11.37

Bakı. Hafiz Heydərov – APA. Bakı metrosunda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb.

40-45 yaşlı kişi özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR