SOCAR 4 Qərbi Balkan ölkəsi ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR 4 Qərbi Balkan ölkəsi ilə Anlaşma Memorandumu imzalayıb
# 27 avqust 2016 08:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR 4 Qərbi Balkan ölkəsi ilə Anlaşma Memorandumu imzalayıb.

APA-Economics”in Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, avqustun 25-26-da Dubrovnik Forumu çərçivəsində imzalanan Anlaşma Memorandumu İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası ilə bağlıdır. Memorandum SOCAR və Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında inzalanıb.

Qeyd edək ki, Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən İAP üzrə bəyannamə 2007-ci ildə imzalanıb. Bu kəmər ilə illik 5 mlrd. kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR