İran XİN: İranın hərbi məsləhətçiləri Yəməndə yox, Suriya və İraqda fəaliyyət göstərir

İran XİN: İranın hərbi məsləhətçiləri Yəməndə yox, Suriya və İraqda fəaliyyət göstərir
# 22 sentyabr 2015 12:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Tehran Yəmənə humanitar yardım göstərməyə və münaqişə tərəfləri arasında dialoqu dəstəkləməyə davam edəcək”.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdollahiyan deyib. O bildirib ki, tezliklə Yəmənin humanitar blokadasına son verməyin vaxtı çatıb: “Biz Yəmən xalqına yardım etmək üçün əlimizdəki bütün vasitələrdən istifadə edirik. Tehran və Moskva BMT baş katibinin Yəmən üzrə nümayəndəsi İsmayıl Şeyxin səylərini dəstəkləyir. Eyni zamanda, biz Oman sultanlığında BMT-nin himayəsi ilə münaqişə tərəfləri arasında keçirilən danışıqları dəstəkləyirik”.

H. Ə. Abdollahiyan İranın Yəmənə silah göndərməsi ilə bağlı ittihamları təkzib edib. O, İran hərbi məsləhətçilərinin İraq və Suriyada fəaliyyət göstərdiyini təsdiqləyib: “Yəməndə İrandan olan hərbi məsləhətçilər yoxdur. Biz bu ölkəyə heç vaxt silah göndərməmişik, indi də göndərmirik”.

İran xarici işlər nazirinin müavini İran hərbi məsləhətçilərinin Suriya və İraqa həmin ölkə hökumətlərinin xahişi əsasında göndərildiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR