Bakıda qadını öldürüb, evini qarət edənlərin məhkəməsi başlayıb

Bakıda qadını öldürüb, evini qarət edənlərin məhkəməsi başlayıb
# 30 dekabr 2015 08:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Muxtar Qədirov və Rüfət İsgəndərovun məhkəməsi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Bakı sakini Əzizə Həsənovanı mənzilində qətlə yetirib. Daha sonra onlar evdən oğurluq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR