Güclü külək Xaçmazda bəzi fəsadlar törədib

Güclü külək Xaçmazda bəzi fəsadlar törədib
# 03 aprel 2016 13:09 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Ötən gün güclü külək Xaçmaz rayonunda bir sıra problemlər yaradıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, elektrik enerjisinin verilişində müəyyən problemlər yaranıb. Xaçmazda bəzi yerlərdə elektrik dirəkləri aşıb. Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasından APA-ya verilən məlumata görə, aşan ağaclardan biri yaşayış evinin üzərinə düşüb. Rayonun elektrik enerjisinin verilişində bir müddət fasilələr yaranıb. Hazırda yaşayış məntəqələrinin əksəriyyətinə elektrik enerjisinin verilişi bərpa olunub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR