Azərbaycanla İran iqtisadi məsləhətləşmələr aparıb

Azərbaycanla İran iqtisadi məsləhətləşmələr aparıb
# 02 avqust 2016 10:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinə hazırlıq məqsədilə qonşu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəmizdə işgüzar səfərdədir.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu gün naziri Şahin Mustafayev M. Vaezi ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlığa dair saziş layihələrinə, eləcə də Azərbaycan və İran arasında həyata keçirilən mühüm layihələrə, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə, neft-qaz, energetika, gömrük işi, kənd təsərrüfatı, səhiyyə, turizm, investisiya əməkdaşlığına, habelə əczaçılıq, minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalı layihələrinə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR