Ağdamda baş verən avtomobil qəzasında 2 nəfər xəsarət alıb

Ağdamda baş verən avtomobil qəzasında 2 nəfər xəsarət alıb
# 25 dekabr 2015 10:33 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, Şıxıyev Əyyam Şöhlət oğlunun idarə etdiyi 90 MP 465 dövlət nömrə-nişanlı, “VAZ 21015” markalı avtomobil 59 BE 618 nömrə-nişanlı “VAZ 2106” markalı maşınla toqquşandan sonra elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü, 1950-ci il təvəllüdlü Ə. Şıxıyev və sərnişin, 1956-cı il təvəllüdlü Süleymanov Akif İnqilab oğlu xəsarət alaraq, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional idarəsinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR