Baramanın son məhsuluna görə subsidiya verilməsi barədə hökumətə təklif təqdim olunub

Baramanın son məhsuluna görə subsidiya verilməsi barədə hökumətə təklif təqdim olunub
# 06 iyun 2016 16:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Baramanın son məhsuluna görə subsidiyanın verilməsi mexanizmini hökumətə artıq təqdim etmişik”.

APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlaması zamanı bildirib.

“Bundan sonra, toxumçuluğun idarə edilməsi, subsidiyanın son məhsula görə verilməsi prinsipini düşünürük və yaxın 1-2 həftə ərzində bu mexanizm də hökumətə təqdim olunacaq”, - deyə H.Əsədov qeyd edib.

Nazir onu da əlavə edib ki, dünyanın heç bir yerində subsidiyanın bütün məhsul növləri üzrə son məhsul prinsipi ilə verilməsi mümkün deyil. Bütün dövlətlərdə subsidiyalar bir və ya bir neçə məhsullara, son məhsul üzrə verilir.

Baramaçılığa veriləcək subsidiyalara gəlincə, nazir bildirib ki, hər kiloqrama görə təxminən 2 manat həddində subsidiya verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR