Malidə 4 BMT sülhməramlısı öldürülüb

Malidə 4 BMT sülhməramlısı öldürülüb
# 29 may 2016 17:24 (UTC +04:00)

Bakı-APA. Bu gün Malidə mina partlayışı və terror çuların hücumu nəticəsində ən azı 4 BMT sülhməramlısı həyatını itirib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Malinin Mompi regionunda sülhməramlılar mina partlayışından sonra terrorçuların hücumuna məruz qalıblar.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə 11,2 min hərbçi və 1,44 min polis yerləşdirilib. BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə Fransa ordusunun 4 minlik kontingenti də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR