Türk Şurası BMT-nin təşkilatı ilə əməkdaşlıq Memorandumu imzalayıb

Türk Şurası BMT-nin təşkilatı ilə əməkdaşlıq Memorandumu imzalayıb
# 05 aprel 2016 01:01 (UTC +04:00)

İstanbul. Mayıs Əlizadə - APA. Aprelin 4-də İstanbulda Türk Şuras ilə BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisi (UNOSSC) arasında Memorandum imzalanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi məlumatına görə, Memorandumu Türk Şurasının baş katibi Ramil Həsənov və UNOSSC direktoru Jorge Çediyek imzalayıblar.

İmza mərasimində çıxış edən Türk Şurasının baş katibi Ramil Həsənov, Şuranın təkcə üzv ölkələrlə deyil, dünya miqyasında çoxtərəfli əməkdaşlığa önəm verən ölkə və qurumlarla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb: ”Bu gün bizim üçün önəmli bir gündür. Çünki Türk Şurası BMT-nin önəmli ofislərindən biri ilə əməkdaşlıq sazişi imzalayır. Fəaliyyət dairəmizi genişləndirmək üçün bütün planlarımızı qlobal əməkdaşlıq məsələləri üzərində qurmağa çalışırıq.BMT proqramı direktoru bu gün Dubayda başqa bir sazişi imzalayaraq İstanbula gəlib.Bu fakt BMT-nin bizim təşkilatımıza verdiyi önəmi əyani şəkildə göstərir”.

UNOSSC ofisinin direktoru Jorge Çediyek isə imza mərasimində Türkiyənin ona doğma bir ölkə olduğunu və Türk Şurası ilə Memorandumu İstanbulda imzalamasının onun üçün simvolik əhəmiyyət daşıdığını vurğulayıb :”Türk Şurası ilə çox səmərəli və faydalı əməkdaşlıq edəcəyimizə inanıram.BMT-nin bu proqramı 1992-ci ildə dünyanın dəyişən şərtlərində ölkələr və beynəlxalq təşkilatlar arasındakı əlaqələri daha da dərinləşdirmək üçün yaradılıb.O vaxt mən Ankarada işləyirdim.Türkiyə mənə son dərəcə doğma bir ölkədir. Türk Şurası ilə imzaladığımız Memorandum qarşılıqlı əməkdaşlığımızın inkişafına güclü təkan verəcəkdir”

Qeyd edək ki, UNOSSC ilə imzalanmış Memorandum Türk Şurasının son 3 ayda üçüncü beynəlxalq təşkilatla imzaladığı əməkdaşlıq sazişidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR