Bakı. Hafiz Heydərov – APA. Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 10-da Həsənoğlu küçəsində Nəhayət Allahverdiyevanın boynundakı qızıl boyunbağını qoparıb qaçaraq soyğunçuluqda şübhəli bilinən Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü Elşad Yaqubov tutulub.
Faktla bağlı araşdırma aparılır.