Heybət stansiyasının yolları əsaslı təmir olunur

Heybət stansiyasının yolları əsaslı təmir olunur
# 06 iyun 2016 07:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Bakı-Böyük Kəsik istiqamətində Heybət tstansiyasında 1300 metr uzunluğunda baş yolun əsaslı təmirinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədun AP-ya verdiyi məlumata görə, artıq köhnə yol sökünülür. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin məlumata görə, təmir işləri sabah başa çatacaq.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 112 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR