“PSG–Kapital İnvestisiya Şirkəti”nin BFB-yə üzvlüyü bərpa olunub

“PSG–Kapital İnvestisiya Şirkəti”nin BFB-yə üzvlüyü bərpa olunub
# 29 avqust 2016 15:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarı ilə 29 avqust 2016-cı il tarixindən etibarən “PSG–Kapital İnvestisiya Şirkəti” QSC-nin BFB-nin üzvlüyünə bərpa olunub.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, şirkət fəaliyyətini “Qiymətli kağızlar bazarı haqqında” qanun və BFB-nin “Üzvlük Qaydaları”na uyğunlaşdırdığı üçün bu qərar alınıb.

Üzvlüyün bərpası ilə əlaqədar olaraq, BFB-nin İdarə Heyəti sədrinin müavini Vüqar Namazov tərəfindən şirkət rəhbərinə yenilənmiş üzvlük şəhadətnaməsi təqdim edilib.

Qeyd edək ki, “PSG–Kapital İ.Ş.” Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 01 avqust 2016-cı il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir.

Hazırda BFB-nin “PSG–Kapital İ.Ş.” QSC də daxil olmaqla 6 aktiv üzvü var. BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR