Cavanşir Feyziyev seçki kampaniyasında seçicilər ilə son görüşlərini keçirib - FOTO

Cavanşir Feyziyev seçki kampaniyasında seçicilər ilə son görüşlərini keçirib - <span style="color: red;">FOTO
# 30 oktyabr 2015 07:20 (UTC +04:00)

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, hər iki məntəqədə görüşlərə qatılmış yüzlərlə seçici deputatın son 5 il ərzində fəaliyyətinə dair hesabatı dinləyib.

Daha sonra çıxış edən vəkillər Baba Yusifov, Rafik Rəsulov, Nağdalı Balaşov və başqaları deputatın keçən 5 ildəki fəaliyyətini təhlil edərək seçiciləri növbəti dəfə ona səs verməyə dəvət ediblər. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd son 5 il ərzində ölkənin iqtisadi-sosial və siyasi həyatında baş verən mühüm hadisələrdən və əldə olunan nailiyyətlərdən danışıb, onları parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Bununla da Cavanşir Feyziyevin seçki kampaniyası ərzində aparılan təbliğat-təşviqat tədbirləri çərçivəsində nəzərdə tutulan seçicilərlə görüşləri başa çatıb. Bütövlükdə, təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Cavanşir Feyziyev 115 saylı seçki dairəsi ərazisində yerləşən 33 kənd, 1 qəsəbə və Şəki şəhərinin 9 məhəlləsində yaşayan seçicilərlə görüşlər keçirib. Bütün görüşlər seçicilərin yüksək fəallığı şəraitində baş tutub. Toplantılarda çıxış edən seçicilər deputatın son 5 ildəki fəaliyyətindən razı qaldıqlarını və qarşıdan gələn 1 noyabr Parlament seçkilərində də növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR