Gürcüstanda “Heydər Əliyev və Gürcüstan” mövzusunda anım mərasimi keçirilib

Gürcüstanda “Heydər Əliyev və Gürcüstan” mövzusunda anım mərasimi keçirilib
# 11 may 2016 21:28 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda Heydər Əliyevin 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev və Gürcüstan” mövzusunda anım mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva və başqaları çıxış ediblər. Çıxışçılar Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Gürcüstandan keçən ən böyük layihələrin Azərbaycan və Gürcüstan dostluğundan bəhrələndiyini, həmçinin iki ölkənin iqtisadiyyatının inkişafına xidmət etdiyini bildiriblər. Tədbirdə H. Əliyevin daxili və xarici siyasətinin hər iki ölkəyə uğur və inkişaf gətirdiyi xüsusilə qeyd olunub.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov çıxışında Heydər Əliyev ilə bağlı xatirələrindən danışıb. Sonda 8 nömrəli Azərbaycan dilli orta məktəbin şagirdlərinin hazırladıqları bədii kompozisiya nümayiş olunub. Şagirdlər Heydər Əliyev və Azərbaycan haqqında şeirlər səsləndiriblər. Borçalının gənc aşığı Məsim Rəcəbov isə tədbirdə aşıq mahnıları oxuyub.

Sonra Marneulidəki “ATAHoldinq” İdman Sarayında rejissor Vaqif Mustafayevin Heydər Əliyev və Zərəfə xanım Əliyeva haqqında çəkdiyi “Bir sevgi tarixçəsi” adlı sənədli filmin nümayişi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR