Bakı - APA-Economics. Bu ilin yanvar-iyun aylarında magistral qaz kəmərləri ilə 10 mlrd. 371,8 mln. kubmetr qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 8,8% azalıb. Qazın nəqlinin 34,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3 mlrd. 591 mln. kubmetr qaz ötürülüb.