Rusiya Təhsil Akademiyasının prezidenti BDU-da olub

Rusiya Təhsil Akademiyasının prezidenti BDU-da olub
# 07 dekabr 2015 11:50 (UTC +04:00)

Bakı – APA. Rusiya Təhsil Akademiyası, Sankt-Peterburq Dövlət Universiteti, Rus dili və ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının prezidenti, filologiya elmləri doktoru, professor Lyudmila Verbitskayanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Dövlət Universitetində olub.

BDU-dan APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmovla görüşdə Azərbaycan-Rusiya əlaqələrindən, təhsil və elm sahəsindəki münasibətlərdən, habelə humanitar sahədə əldə edilən uğurlardan bəhs edilib.

A. Məhərrəmov bu günlərdə Rusiyanın Stavropol vilayətinin Yessentuki şəhərində Heydər Əliyev Fondu və Yessentuki şəhər Administrasiyasının dəstəyi ilə böyük rus alimi, professor, Bakı Dövlət Universitetinin ilk rektoru olmuş Vasili Razumovskinin xatirə barelyefinin açılışından danışıb, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri, üzv olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən söz açıb.

L. Verbitskaya isə Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib.

Görüş Bakı Dövlət Universitetinin Rus Mərkəzində filologiya fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR