Balaxanı qəsəbə Mədəniyyət evinə yeni direktor təyin olunub

Balaxanı qəsəbə Mədəniyyət evinə yeni direktor təyin olunub
# 13 iyul 2016 12:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. M. Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinə yeni direktor təyin olunub. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan APA-ya verilən məlumata görə, müvafiq əmrlə M. Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktor vəzifəsinə Vəliyev Fazil Mütəllim oğlu təyin edilib.

Qeyd olunub ki, ilin əvvəlindən başlayaraq İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR