ABŞ-da keçmiş rəfiqəsini öldürməyə cəhd edən 37 yaşlı ermənini ömürlük həbs cəzası gözləyir

ABŞ-da keçmiş rəfiqəsini öldürməyə cəhd edən 37 yaşlı ermənini ömürlük həbs cəzası gözləyir
# 03 oktyabr 2015 11:34 (UTC +04:00)

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Qaqik Akopyan keçmiş rəfiqəsinin Kaliforniya ştatının Qlendeyl şəhərindəki evinin pəncərəsini qıraraq içəriyə partlayıcı qurğu atıb. Nəticədə partlayış və yanğın baş verib. Hadisə yerinə gələn polislər zərərçəkəni təhlükəsiz yerə aparıblar. Həmin gün Qarqik Akopyan saxlanılıb. Həmin şəxsin bir həftə əvvəl keçmiş rəfiqəsini döydüyü də məlum olub.

Daha əvvəl oğurluq, soyğunçuluq, narkotik saxlama və terrorçu fəaliyyət səbəbi ilə ittiham olunan Q. Akopyanı ştat qanunlarına uyğun olaraq ömürlük həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR