Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Kürdəxanı qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Ramiz Qədiməliyevdən 3,070 qram, yaşadığı evdən isə 1 kiloqram 200 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.