Məşhur rejissor Eldar Ryazanov vəfat edib

Məşhur rejissor Eldar Ryazanov vəfat edib
# 30 noyabr 2015 06:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiyalı məşhur rejissor Eldar Ryazanov vəfat edib.

APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, rejissor noyabrın 30-da 88 yaşında Moskva xəstəxanalarından birində dünyasını dəyişib.

Noyabrın 29-da E. Ryazanov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 1927-ci ildə Samarada anadan olub. O, “Ünvansız qız”, “Qusar balladası”, “Şikayət kitabını verin”, “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR