Aİ dünyanı Suriyada və Liviyada vəziyyətin sabitləşməsi üçün səyləri artırmağa çağırıb

Aİ dünyanı Suriyada və Liviyada vəziyyətin sabitləşməsi üçün səyləri artırmağa çağırıb
# 24 sentyabr 2015 03:36 (UTC +04:00)

Bakı-APA. Suriya və Liviyada vəziyyətin sabitləşdirilməsi üçün əlavə səylər göstərmək gərəkdir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Avropa İttifaqının miqrasiya böhranı ilə bağlı fövqəladə sammitinin yekun bəyanatında belə deyilir.

“Biz Suriyaya ağır itkilər və saysız-hesabsız iztirab gətirən, təqribən 12 milyon insanı evlərini tərk etməyə məcbur edən müharibəyə son qoymaq məqsədilə BMT-nin himayəsi altında səylərin artırılmasına çağırırıq”, sənəddə vurğulanır.

Qeyd edək ki, bəyanatda Suriya prezidenti Bəşər Əsədin taleyi barədə heç nə deyilmir. Bununla belə, Fransa prezidenti Fransua Olland sammit başa çatdıqdan sonra bəyan edib ki, B.Əsəd siyasi arenanı tərk etməlidir.

Avropa İttifaqı ölkələri həmçinin Liviyada tezliklə milli birlik hökumətinin formalaşdırılması üçün səy göstərəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR