Ağdamda partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Ağdamda partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
# 08 iyun 2016 14:05 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda partlamamış hərbi sursat aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 122 mm top mərmisi Zəngişalı kəndinin ərazisində tapılıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) region üzrə supervayzeri Xaliq Zülfüqarov APA-ya bildirib ki, kənd sakini Nizami Əliyevin müraciəti əsasında əraziyə baxış keçirib. Əraziyə baxış zamanı 2 metrədək dərinlikdə sursatın yeri müəyyən olunub. Daşınması təhlükəli olduğundan mina axtaranlar hərbi sursatı yerində zərərsizləşdirməyi qərara alıb.

ANAMA-nın əməkdaşları partlayışdan əvvəl yaxınlıqda yerləşən əkin sahələrində çalışan yerli sakinlər evakuasiya edib.

Qeyd edək ki, ermənilərin artilleriya zərbələri nəticəsində Ağdamın yaşayış məntəqələri və əkin sahələrinə yüzlərlə top mərmisi düşüb. Həmin ərazilər hərbi sursatlarla çirklənmiş hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR