Meksikada güclü qasırğa ilə əlaqədar 10 min turist evakuasiya olunub

Meksikada güclü qasırğa ilə əlaqədar 10 min turist evakuasiya olunub
# 24 oktyabr 2015 00:26 (UTC +04:00)

Bakı-APA. Meksikanın Halisko ştatında “Patrisiya” adlı güclü qasırğanın yaxınlaşması ilə əlaqədar 10 min turist evakuasiya olunub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, 500-dən çox avtobus turistləri Puert-Valyarta kurort şəhərindən Qvadalaxara ştatına daşıyır.

Bundan başqa, Qvadalaxara və Mexiko istiqamətində iki pulsuz aviareysin təşkili planlaşdırılır. “Patrisiya” qasırğası Sakit okeandan Meksika sahillərinə yaxınlaşır. “Patrisiya” indiyədək Qərb yarımkürəsində müşahidə olunan ən güclü qasırğa hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR