Azad Rəhimov: “Formula-1 zamanı paytaxt sakinləri evlərini icarəyə verməklə əlavə gəlir qazana bilərlər”

Azad Rəhimov: “Formula-1 zamanı paytaxt sakinləri evlərini icarəyə verməklə əlavə gəlir qazana bilərlər”
# 12 may 2016 13:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Gələcəkdə Bakıda keçiriləcək Formula-1 Avropa Qran prisi ilə əlaqədar həmin ərazilərdə yaşayan paytaxt sakinləri evlərini icarəyə verməklə əlavə maliyyə vəsaiti qazana bilərlər”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. “Şəxsən mən Monakoda Formula-1 Avropa Qran prisini eyvandan izləmişəm. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR